MRF Works AI Logo
MRF Works AI
Prompt Engineering daxildir

Süni İntellekt ilə Data Analitika Qurmaq

(Data Analytics with AI)

Prompt Engineering daxildir

📋 Qısa təsvir

Kod bilmədən, süni intellekt köməyi ilə şirkətinizin datasını təmizləmək, analiz etmək və interaktiv idarə paneli (dashboard) qurmaq bacarığını formalaşdıran təlim.
~19 saat10 dərs

Bu təlim nə haqqındadır?

Data analitika — şirkətin topladığı məlumatları təhlil edib biznes qərarları verməkdir. Hər gün yüzlərlə əməliyyat olur — amma bu rəqəmləri görən yoxdur. Nümunə: Şirkətiniz ildə minlərlə əməliyyat aparır. Amma bilmirsiniz: hansı müştəri ən çox mənfəət gətirir? Hansı xidmət/məhsul zərərlidir? Mənfəət artır, yoxsa azalır? Bu kurs sizə süni intellektdən düzgün istifadə edərək çiy datanı biznes qərarına çevirməyi öyrədir. Siz kod yazmırsınız — süni intellektə düzgün Prompt verib nəticə alırsınız.

🏗️ Real layihə təcrübəsinə əsaslanan kurs

Bu kurs nəzəri material deyil. Əsasında tam həyata keçirilmiş real layihə dayanır — 2,500+ əməliyyat, 170+ müştəri, 17 aylıq data, professional idarə paneli (dashboard). Layihə sıfırdan, yalnız düzgün Prompt yazma yanaşması ilə qurulub. Kurs bu layihənin qurulma prosesindən əldə edilmiş təcrübə, strategiya və real səhvlər üzərində formalaşdırılıb. Nəzəri bilik deyil — sınanmış və nəticə vermiş metodologiyadır. Kurs materialına əlavə olaraq, layihənin sıfırdan produksiyaya qədər addım-addım qurulma təlimatı (Build Guide), layihə həyata keçirmə təlimatı (Implementation Guide) və hazır Prompt şablonları təqdim olunur. Kursdan sonra eyni yanaşma ilə öz layihənizi müstəqil şəkildə qura bilərsiniz.

📌 Təlimin əsas mövzuları

Data analitika əsasları — çiy datadan qərara gedən yol
Data təmizliyi — ən vacib mərhələ: format, dublikat, boş dəyərlər
Biznes suallarına data ilə cavab — müştəri, məhsul, mənfəət, trend analizi
İnteraktiv idarə paneli (dashboard) qurmaq — Streamlit, süzgəclər, qrafiklər
İdarə panelini (dashboard) onlayn yayımlamaq — brauzerdən paylaşıla bilən nəticə
Nəticələri biznes dilinə çevirmək — hesabat, tövsiyələr, qərar dəstəyi

📚 Kurs strukturu

10 dərs | Ümumi müddət: ~19 saat

DərsMövzuMüddət
1Süni intellekt nədir və Data Analitika necə işləyir?1.5 saat
2Proqramların yüklənməsi — Python, Jupyter Lab, kitabxanalar1.5 saat
3Datanı tanımaq — ilk baxış və audit (Data Audit)2 saat
4Data təmizliyi — ən vacib mərhələ2.5 saat
5Dataları birləşdirmək və transformasiya1.5 saat
6Kəşfiyyat analizi (EDA) — biznes suallarına cavab2.5 saat
7İdarə paneli (dashboard) qurmaq2.5 saat
8İdarə panelini (dashboard) yayımlamaq2 saat
9Nəticələri şərh etmək — biznes dəyəri1.5 saat
10Avtomatlaşdırma və növbəti addımlar1.5 saat

🗺️ Kurs Yol Xəritəsi

Həftə-həftə öyrənmə yolunuz

1

Süni intellekt nədir və Data Analitika necə işləyir?

1.5 saat
2

Proqramların yüklənməsi — Python, Jupyter Lab, kitabxanalar

1.5 saat
3

Datanı tanımaq — ilk baxış və audit (Data Audit)

2 saat
4

Data təmizliyi — ən vacib mərhələ

2.5 saat
5

Dataları birləşdirmək və transformasiya

1.5 saat
6

Kəşfiyyat analizi (EDA) — biznes suallarına cavab

2.5 saat
7

İdarə paneli (dashboard) qurmaq

2.5 saat
8

İdarə panelini (dashboard) yayımlamaq

2 saat
9

Nəticələri şərh etmək — biznes dəyəri

1.5 saat
10

Avtomatlaşdırma və növbəti addımlar

1.5 saat
🎉 Kurs tamamlandı!

Nümunə: Dərsdən bir parça (Dərs 4 — Data təmizliyi)

Niyə ən vacib mərhələdir? Çiy datada bir xanada birdən çox məlumat ola bilər, format fərqli ola bilər, boş dəyərlər ola bilər. Təmizlənməmiş data ilə aparılan analiz yanlış nəticə verir. Əsas qayda: 1 xana = 1 məlumat.
❌ PİS Prompt: "Data analiz et." → Nəticə: Süni intellekt ümumi cavab verir, heç bir konkret nəticə yoxdur. ✅ YAXŞI Prompt: "Bu Excel faylında 'Sürücü Məlumatı' sütununda nömrə nişanı, sürücü adı və telefon nömrəsi tire ilə ayrılmış formada bir xanadadır. Python pandas ilə bu sütunu 3 ayrı sütuna ayır: 'Nömrə Nişanı', 'Sürücü Adı', 'Telefon'. Başqa heç nəyə toxunma." → Nəticə: Süni intellekt dəqiq istədiyinizi edir — bir sütunu 3-ə ayırır, qalanına toxunmur.
✍️ Praktika: Süni intellektə yazın: "Pandas ilə: 1) 'Tarix' sütununu datetime formatına çevir. 2) 'Müştəri' sütunundakı adları title case et. 3) 'Alış' və 'Satış' sütunlarındakı 'ƏDV' yazısını sil, rəqəmə çevir." Hər addımdan sonra nəticəni yoxlayın.
📚 Tapşırıq: Öz Excel faylınızı Jupyter-ə yükləyin. Süni intellektdən audit istəyin. Problemlər siyahısını yazın. Hər problemi ayrı-ayrı Prompt ilə həll edin. Əvvəl/sonra cədvəlini doldurun.

Nümunə sahələr

Bu kursda öyrədilən metodologiya istənilən sahəyə tətbiq olunur: logistika, pərakəndə satış, istehsal, xidmət sektoru, maliyyə və mühasibatlıq, tikinti, təhsil, turizm və otelçilik, və digər sahələr.

Kod bilməyən, amma datadan istifadə etmək istəyən hər kəs
Kiçik və orta biznes sahibləri, menecerlər, şöbə rəhbərləri
Mühasibatlıq, maliyyə, satış, logistika, istehsal sahəsində çalışanlar
Rəqəmləri görmək, anlamaq və qərar vermək istəyən peşəkarlar
Süni intellektdən praktik istifadə etmək istəyənlər

Vacib qeyd

  • Texniki bilik tələb olunmur
  • Proqramlaşdırma bilmək şərt deyil
  • Analiz etmək istədiyiniz Excel faylları olması tövsiyə olunur
MRF Works AI

© 2026 MRF Works AI. Bütün hüquqlar qorunur.

MRF Works AI Assistant

Online · Powered by AI

Salam! 👋

Mən MRF AI Assistant-am.

Bir akademiya kursumuzu araşdırırsız. Proqram, müddət və qeydiyyat barədə suallarınızı cavablandıracam.