MRF Works AI Logo
MRF Works AI

AI Prompt Mühəndisliyi

(AI Prompt Engineering)

📋 Qısa təsvir

Süni intellekti sadəcə müzakirə etmək üçün yox, ondan düzgün və effektiv istifadə etməyi öyrənmək istəyənlər üçün təlim.
~23 saat7 əsas dərs + tətbiqi nümunələr

Bu təlim nə haqqındadır?

Prompt Engineering — süni intellektə nə yazdığın deyil, necə yazdığınla bağlıdır. Bu təlimdə əsas məqsəd: süni intellektə tapşırıq verməyi başa düşmək, cavabların keyfiyyətini idarə etməyi öyrənmək, AI-dan daha məqsədli və faydalı nəticələr almaqdır. Eyni AI, eyni texnologiya — amma fərqli Prompt verən iki nəfər tamamilə fərqli nəticə alır. Birinci Prompt 2 sözdür, ikinci Prompt 30 sözdür — amma nəticədəki fərq 300 dəfədir.

🏗️ Real layihə təcrübəsinə əsaslanan kurs

Bu kurs nəzəri material deyil. Əsasında tam həyata keçirilmiş real layihə dayanır — 115+ fayl, 8,000+ sətir kod, 47 kitab indeksləşdirilmiş Chat AI sistemi. Layihə sıfırdan, yalnız düzgün Prompt yazma yanaşması ilə qurulub. Kurs bu layihənin qurulma prosesindən əldə edilmiş təcrübə, strategiya və real səhvlər üzərində formalaşdırılıb. Nəzəri bilik deyil — sınanmış və nəticə vermiş metodologiyadır. Kurs materialına əlavə olaraq, hər mövzu üzrə hazır Prompt şablonları təqdim olunur. Prompt mühəndisliyini konkret sahələrdə — sayt qurmaq, Chat AI, data analitika və digər istiqamətlərdə tətbiq etmək istəyənlər üçün isə ayrıca kurslar mövcuddur. Bu kursların hər birinin sıfırdan produksiyaya qədər tam layihəsi və addım-addım qurulma təlimatı var.

📌 Təlimin əsas mövzuları

Prompt Engineering əsasları — AI necə düşünür, token, kontekst pəncərəsi
Promptun anatomiyası — 5 element: Rol, Kontekst, Tapşırıq, Format, Məhdudiyyət
10 Qızıl Qayda — real layihədən çıxarılmış praktik qaydalar
Yaxşı və zəif Prompt arasındakı fərq — 20+ real nümunə
Təkrarlama sənəti (İterasiya) — ilk Promptla kifayətlənməmək, hər dəfə yaxşılaşdırmaq
AI-dan izah, struktur və nəticə alma üsulları

📚 Kurs strukturu

7 əsas dərs + tətbiqi nümunələr | Hər dərs 1.5–2 saat | Ümumi müddət: ~23 saat

Əsas proqram

Tətbiqi nümunələr

Aşağıdakı dərslər Prompt mühəndisliyinin real layihələrdə necə tətbiq olunduğunu nümunə olaraq göstərir. Bu mövzuların hər biri haqqında ətraflı ayrıca kurs mövcuddur.

DərsMövzuMüddət
1AI nədir və niyə Prompt Engineering vacibdir?1.5 saat
2AI necə düşünür — texniki əsaslar (token, kontekst, temperature)1.5 saat
3Promptun anatomiyası — 5 element2 saat
410 Qızıl Qayda (1–5) — dəqiq ol, addım-addım get, tap-dəyiş2 saat
510 Qızıl Qayda (6–10) — kontekst, bütöv fayl, platform, versiya2 saat
6Təkrarlama sənəti — İterasiya ilə nəticəni yaxşılaşdırmaq1.5 saat
7İrəli səviyyə texnikalar, AI məhdudiyyətləri, portfolio2 saat

🗺️ Kurs Yol Xəritəsi

Həftə-həftə öyrənmə yolunuz

1

AI nədir və niyə Prompt Engineering vacibdir?

1.5 saat
2

AI necə düşünür — texniki əsaslar (token, kontekst, temperature)

1.5 saat
3

Promptun anatomiyası — 5 element

2 saat
4

10 Qızıl Qayda (1–5) — dəqiq ol, addım-addım get, tap-dəyiş

2 saat
5

10 Qızıl Qayda (6–10) — kontekst, bütöv fayl, platform, versiya

2 saat
6

Təkrarlama sənəti — İterasiya ilə nəticəni yaxşılaşdırmaq

1.5 saat
7

İrəli səviyyə texnikalar, AI məhdudiyyətləri, portfolio

2 saat
🎉 Kurs tamamlandı!

Nümunə: Dərsdən bir parça (Dərs 1)

AI haqqında sadə həqiqət AI — süni intellekt — kompüterin insan kimi düşünməsi deyil. AI — kompüterin çox məlumat oxuyub ən ehtimal olunan cavabı tapmasıdır. Telefonunuzda mesaj yazanda sonrakı sözü təklif edir. AI eyni prinsiplə işləyir — amma milyard söz oxuyub. ⚠️ AI DÜŞÜNMÜR. AI statistik olaraq ən uyğun cavabı verir. Bəzən çox inandırıcı, amma yanlış cavab verə bilər. HƏMİŞƏ YOXLAYIN.
❌ PİS Prompt: "Sayt qur." → Nəticə: AI sadə, 20 sətirlik HTML səhifə verir. Heç bir dizayn, heç bir funksiya. ✅ YAXŞI Prompt: "Django backend və Next.js frontend ilə məqalələr saytı qur. Admin paneldən məqalə əlavə edə bilim. Kateqoriya filtri olsun. Mobil uyğun olsun. Tailwind CSS istifadə et." → Nəticə: AI tam professional sayt kodu verir — düzgün texnologiya, düzgün struktur, düzgün dizayn. Birinci Prompt 2 söz. İkinci Prompt 40 söz. Amma nəticədəki fərq 100 dəfədir.
✍️ Praktika: Prompt 1: "Azərbaycan haqqında məlumat ver." Prompt 2: "Azərbaycanın texnologiya sektorunun 2024-2025 inkişafı haqqında 5 maddəlik qısa icmal ver. Hər maddə 2 cümlədən ibarət olsun." İki nəticəni müqayisə edin. Hansı daha faydalıdır?
📚 Tapşırıq: Claude.ai və ya ChatGPT-də 3 fərqli mövzuda 2 Prompt yazın: biri sadə (1-2 söz), biri detallı (3+ cümlə). Nəticələri müqayisə edin. Fərqi yazılı qeyd edin.
Süni intellekti gündəlik və peşəkar işində istifadə etmək istəyənlər
İş prosesini daha səmərəli və effektiv qurmaq istəyənlər
Analitik və sistemli düşünmə bacarığını inkişaf etdirmək istəyənlər
AI-dan real nəticə almaq istəyən hər kəs
Sahəsindən asılı olmayaraq, süni intellektlə işləməyi öyrənmək istəyənlər

Vacib qeyd

  • Texniki bilik tələb olunmur
  • Proqramlaşdırma bilmək şərt deyil
  • Gündəlik və peşəkar fəaliyyət üçün uyğundur
MRF Works AI

© 2026 MRF Works AI. Bütün hüquqlar qorunur.

MRF Works AI Assistant

Online · Powered by AI

Salam! 👋

Mən MRF AI Assistant-am.

Bir akademiya kursumuzu araşdırırsız. Proqram, müddət və qeydiyyat barədə suallarınızı cavablandıracam.