
Yaxşı məhsulun varsa, amma kimsə bilmirsə — gəlir də yoxdur. Marketinq biznesin görünməsidir. Düzgün marketinq tərəfdaşı satışı artırır, brendi gücləndirir və müştərini sənə yaxınlaşdırır. Sahənə uyğun marketinq şirkəti və mütəxəssisləri tap.
Rəqəmsal marketinq, sosial media (SMM), SEO və axtarış marketinqi, brending və qrafik dizayn, kontent və video istehsalı, PR və ictimaiyyətlə əlaqələr — hər biri ayrıca təcrübə tələb edir. Startup üçün performans marketinqi vacibdir, böyük brend üçün isə PR və imic. B2B biznes fərqli yanaşma tələb edir, e-ticarət başqa. Uyğun tərəfdaş bu siyahıdadır.
İstədiyiniz AI alətini seçin — bu sahənin tərəfdaş profillərini araşdıran hazır sorğu avtomatik açılır.
MRF komandası sizə uyğun mütəxəssis tapar.
Sizin sahənizdə (e-ticarət, B2B, restoran və s.) keçmiş case-lərinə baxın. Konkret nəticələr (CTR, CAC, dönüşüm) göstərə bilməlidirlər. Sosial mediada öz brendlərinə də necə yanaşdıqlarını yoxlayın — özlərini necə təqdim edirlərsə, sizi də o cür təqdim edəcəklər.
SMM — sosial media kontenti və icma idarəetməsi. SEO — Google üzərində orqanik trafik üçün sayt optimizasiyası. Performans marketinqi — Google Ads, Meta Ads kimi ödənişli kampaniyalar. Bir tərəfdaş üçü də edə bilər, amma daha çox bir sahədə ixtisaslaşır. Profildə əsas xidmət bölgüsünə baxın.
Performans marketinqi: 1-2 həftədə ilk siqnallar. SEO: 3-6 ay (orqanik artım yavaşdır). Brendinq və kontent strategiyası: 6-12 ay. Tərəfdaşdan bir aylıq və üç aylıq KPI-ləri qabaqcadan soruşun.
MRF komandası agentliyin keçmiş kampaniya nəticələrini, müştəri portfolio-sunu və rəyləri yoxlayır. Yalnız yoxlamadan keçən tərəfdaşlar MRF Təsdiqli badge alır.
Online · Powered by AI