Bu səhifəni süni intellekt ilə oxu
Data Analytics yaxşıdır — amma bəs gələcək?
— Data Analytics sizə göstərir: nə olub, nə baş verir, harada problem var
— Amma cavab vermir: sabah nə olacaq?
— Hansı müştərini itirəcəyik?
— Hansı marşrut gələn ay zərərli olacaq?
Proses
Addım 1 — Data hazırlığı
Data Analytics xidməti çərçivəsində data təmizlənir, strukturlaşdırılır. ML üçün əlavə feature engineering aparılır — yeni hesablanmış göstəricilər, ölçəkləndirilmə, train/test bölünməsi.
Addım 2 — Use case müəyyənləşdirmə
Şirkətin sahəsinə və ehtiyaclarına uyğun ML tətbiq sahəsi seçilir: proqnoz, seqmentasiya, risk, optimallaşdırma.
Addım 3 — Model qurulması
AI dəstəyi ilə uyğun ML modeli qurulur, öyrədilir və test edilir. Hər use case üçün 3-5 model müqayisə edilərək ən yaxşısı seçilir. Model dəqiqliyi qiymətləndirilir.
Addım 4 — Nəticələrin vizuallaşdırılması
Model nəticələri dashboard-a inteqrasiya edilir — proqnozlar, risk balları, seqmentlər vizual şəkildə göstərilir. Streamlit veb interfeysi ilə brauzer üzərindən istifadə.
Addım 5 — Təlim və təhvil
Müştəri komandasına model nəticələrinin oxunması və istifadəsi öyrədilir. Sənədləşdirmə təhvil verilir.
Nə veririk?
Real nümunələr
Nümunə 1 — Logistika (Mənfəət proqnozu)
Nəqliyyat şirkətinin təmizlənmiş əməliyyat dataları üzərində mənfəət proqnoz modeli qurulur. 3 model müqayisə edilir (Linear Regression, Random Forest, XGBoost) və ən dəqiqi seçilir. Model yeni əməliyyatın mənfəətini əvvəlcədən hesablayır.
→ Zərərli əməliyyatlar əvvəlcədən görünür
→ Qiymətləndirmə dəqiqləşir
Nümunə 2 — Mühasibatlıq (Ödəniş riski)
Şirkətdə gecikmiş ödənişlər problem yaradır. Keçmiş ödəniş dataları üzərində debitor borc gecikmə proqnozu modeli qurulur. Hər müştəri üçün risk balı hesablanır.
→ Riskli müştərilər əvvəlcədən müəyyən edilir
→ Pul axını stabilləşir
Nümunə 3 — Satış (Müştəri seqmentasiyası)
Pərakəndə şirkətin müştəri dataları üzərində RFM analizi və K-Means klasterləmə aparılır. Müştərilər dəyər qruplarına bölünür: VIP, loyal, risk, itirilmiş.
→ Hər qrupa fərqli marketinq strategiyası tətbiq edilir
→ Konversiya artır
